Tofiq Musayev zədələnib nokauta düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib.
Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.
Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.
Oxşar xəbərlər
"Formula 1": Yeni mövsümün ilkin təqvimi AÇIQLANDI
"Formula 1" üzrə 2023-cü il dünya çempionatının ilkin təqvimi açıqlanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqvimdə 24 Qran-pri yer alıb. Mövsüm martı...