TFF-nin niyə Bakını yox Ər-Riyadı seçdiyi bildindi - “Fənər”lə “CimBom”a bu qədər pul veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 29-da Səudiyyə Ərəbistanında keçiriləcək Türkiyə Super Kuboku matçının maliyyə detalları açıqlanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ər-Riyadda oynanılacaq matç üçün böyük büdcə ayıran Səudiyyə Ərəbistanı iki kluba ümumilikdə 108 milyon TL pul mükafatı paylayacaq.
Kuboku qazanacaq komanda 65 milyon TL, finalçı isə 43 milyon TL mükafat alacaq. Bundan əlavə, komandaların bütün xərcləri qarşılanacaq.
Ötən il Superkubokda "Sivasspor"u 4:0 hesabı ilə məğlub edən "Trabzonspor" 5 milyon lirə gəlir əldə edib.
Beləliklə, ölkə xaricində oynanılacaq finalda kuboku qazanan komandanın gəliri 13 dəfə artıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə Super Kubokunun final matçının ölkəmizdə keçirilməsi təklif edilmişdi.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanından TFF-yə 100 MİLYONLUQ TƏKLİF
Dekabrın 30-da “Qalatasaray” – “Fənərbaxça” arasında Superkubok matçına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı Türkiyə Futbol Federasiyasına (TFF) 10 il Türkiy...