Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"

"Dünya çempionu olmaq sözlə ifadə olunmaz hisslərdir".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə deyib.
"Ölkəmizdə keçirilən dünya çempionatında qalib gəlmək həqiqətən də qürurverici hissdir. Professional futbolçu keçmişim olduğundan azarkeşlərin mənə olan inamı daha çox idi və bu məndə əlavə məsuliyyət yaradırdı. Bir dəfə dünya çempionu olduq deyə dayanmaq yoxdur. Bundan sonra titulumuzu qorumağa, üçqat-dördqat dünya çempionu, Avropa çempionu olmağı arzulayırıq və bunun üçün çalışacağıq. Hazırda dincəlib çempionluğun və bu anın dadını çıxaracağıq. Təxminən bir ay sonra məşqlərə başlayacağıq", -deyə T.Xəlilzadə bildirib.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycan – Monteneqro unundan sonra dava düşdü
Sumqayıtda keçirilən Azərbaycan və Monteneqro U-21 yığmaları arasında baş tutan yoxlama görüşündən sonra futbolçular arasında insident yaşanıb. BAKU.WS xəbər ve...
