"Team Talk": Ronaldo karyerasını bitirməyi düşünür
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən məşhur futbolçu Kriştiano Ronaldo karyerasını bitirməyi düşünür.
BAKU.WS "Team Talk" futbol nəşrinə istinadən xəbər verir ki, bu, onun son qərarı deyil, başqa versiyalar da var.
"Alternativ olaraq, beşqat "Qızıl top"un sahibi vətəni Portuqaliyaya qayıda bilər və ya futbolu tamamilə tərk edə bilər", - nəşr yazır.
Digər variant isə "Əl-Nasr"lə müqavilənin uzadılmasıdır. Ronaldo heyətin yeni transferlərlə gücləndiriləcəyinə ümid edir ki, bu da klubun AFC Çempionlar Liqasında uğur qazanmasına təkan verə bilər. Hansı ki bu Ronaldonun karyerası boyu qazanmadığı kubokdur.
Üçüncü ssenari futbolçunun peşəkar karyerasını bitirməsini nəzərdə tutur. Ronaldo 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatından sonra karyerasını bitirməyi düşünür.
Oxşar xəbərlər
Nurmagomedovu Mayk Tayson və Məhəmməd Əli ilə müqayisə etdilər
Məğlubedilməz UFC çempionu Həbib Nurmaqomedov əfsanəvi boksçular Məhəmməd Əli və Mayk Tayson qədər ikonik bir fiqurdur. Bu barədə "Gazeta.ru"ya bloger və MMA dö...