Tanınmış boksçu ölkəsinə görə dünya çempionu ilə döyüşdən imtina etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynalı boksçu Vasili Lomaçenko dünya çempionu Corc Kambososa ilə döyüşdən imtina edib.
BAKU.WS xəbər verir ki, buna səbəb Vasilinin ölkəsini müdafiə etmək istəməsidir.
O bildirib ki, Ukraynanı tərk etməyəcək. Bu səbəblə də rəqibi Kambososa Devin Heyni ilə döyüşəcək. Onların görüşü iyunun 5-də Avstraliyada baş tutacaq.
Kambososa isə rəqibi Lomaçenkonun bu qərarını dəstəkləyib:
“Vasili, qərarınıza hörmətlə yanaşıram. Mən bunu başa düşürəm, siz və ölkəniz üçün dua edəcəyəm. Xahiş edirəm, özünü qoru. Səninlə əsl çempionların döyüşündə eyni rinqdə görüşəcəyimizə ümid edirəm”.
Oxşar xəbərlər
Bakıdakı dünya çempionatında unikal hadisə baş verib - VİDEO
2011-ci ildə Bakıda keçirilmiş boks üzrə dünya çempionatında unikal hadisə baş verib. "Report"un məlumatına görə, bu barədə Ukrayna millisinin sabiq üzvü Vasili...