“Sürix” – “Qarabağ” matçının hakimləri məlum olub

“Sürix” – “Qarabağ” matçının hakimləri məlum olub
İdman 120

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) – “Qarabağ” (Ağdam) oyununu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

BAKU.WS xəbər verir ki, matçın baş hakimi Allard Lindhout olacaq. Onu Çarles Şaap və Roy De Nas müşayiət edəcəklər. Dördüncü hakim funksiyasını Jeroen Mansçot yerinə yetirəcək.

Qeyd edək ki, Sürix şəhərindəki “Letzigrund” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər