"Sumqayıt"ın "Fehervar"la oyunlarını yayımlayacaq kanal dəyişdi
"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında yayımlanmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Dəyişikliyin səbəbi açıqlanmayıb.
Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir...