"Sumqayıt"ın baş məşqçisi: "Qol imkanlarından yararlana bilmədik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qol imkanlarından yararlana bilmədik. Çox danışmaq istəmirəm".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Turan Tovuz"la qolsuz heç-heçə etdiklləri Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis yaxşı təşkilatlanmış komandaya qarşı oynadıqlarını bildirib: "Ələ düşən fürsətləri dəyərləndirməli idik. Ötən matçla müqayisədə 2 dəyişiklik etdik. Xal itirməyimizə don geyindirmək istəmirəm. Bəzi oyunçuları ötən turdan əvvəl görmüşəm. Bir məqam da var ki, ilk 3 turda güclü rəqiblər ilə oynadıq. Yeni futbolçular var. Onlar üçün bu ölkə, çempionat yenidir. Uyğunlaşamaları üçün vaxt lazımdır".
Oxşar xəbərlər
Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?
Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...