Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar

Sübhan Mamedov və Məhəmmədəli Aşırəliyev Dünya Kubokuna qələbə ilə başlayıblar
İdman 12

Azərbaycanın iki boksçusu Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.

BAKU.WS Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Sübhan Mamedov (50 kq) 1/8 finalda hindistanlı Rişi Singlə üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən Azərbaycanın dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeitini (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər