Rodri: "Fransa dünyanın ən yaxşı iki komandasından biridir"
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya millisinin yarımmüdafiəçisi Rodri AVRO-2024-ün 1/2 finalında ispanların birlikdə oynayacağı Fransa millisi haqda danışıb.
BAKU.WS xəbər verir ki, o, Fransanı dünyanın ən yaxşı iki komandasından biri adlandırıb.
“Fransa, ən yaxşısı olmasa da, dünyanın ən yaxşı iki komandasından biridir. Onlar son bir neçə ildə özlərini sübut ediblər. Bu, fiziki cəhətdən çox güclü komandadır. Onlar əks-hücumlarda yaxşıdırlar, topla yaxşı davranırlar... Bu komandanın istedadlı futbolçuları çoxdur”, - UEFA-nın rəsmi saytı Rodrinin sözlərindən sitat gətirir.
Xatırladaq ki, bu gün, iyulun 9-da İspaniya və Fransa milliləri arasında 2024-cü il Avropa çempionatının yarımfinal oyunu keçiriləcək. Oyun Münhendəki Allianz Arenada baş tutacaq. Görüşün baş hakimi qismində sloveniyalı Slavko Vinciç çıxış edəcək. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Oxşar xəbərlər
AVRO-2024: İspaniya millisi inamlı qələbə qazandı - YENİLƏNİB 4
AVRO-2024 çərçivəsində günün ikinci qarşılaşması olan İspaniya və Xorvatiya millilərinin görüşü ispanların 3-0 hesablı qələbəsi ilə başa çatıb. BAKU.WS xəbər v...