Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
31
avq
2026
09:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoya qalib gəlib.
Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medal olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...