Şmitt: "Bakıda "Qarabağ"la oyunda xallar bizim üçün çox vacibdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın "Ayntraxt Frankfurt" klubunun müvəqqəti baş məşqçisi Dennis Şmitt Bakıda "Qarabağ"la keçiriləcək UEFA Çempionlar Liqası matçı öncəsi nikbin danışıb.
BAKU.WS-in məlumatına görə, o, mətbuat konfransında hazırlıq üçün kifayət qədər vaxtlarının olduğunu və Bakıya müsbət əhval-ruhiyyə ilə gəldiklərini bildirib. Şmitt komandasının oyunda yüksək səviyyəli çıxış edəcəyinə və yaranacaq imkanları dəyərləndirəcəyinə inandığını vurğulayıb.
Onun sözlərinə görə, bütün diqqət məhz bu qarşılaşmaya yönəlib və komanda müdafiəyə çəkilərək yalnız əks-hücum futbolu oynamaq niyyətində deyil. Mütəxəssis "Qarabağ"la matçda qazanılacaq xalların böyük əhəmiyyət daşıdığını qeyd edib.
Şmitt əlavə edib ki, baş məşqçi dəyişikliyi komanda üçün üstünlük yarada bilər, çünki rəqib "Ayntraxt Frankfurt"un hansı taktiki yanaşmanı seçəcəyini əvvəlcədən müəyyənləşdirə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt Frankfurt" oyunu yanvarın 21-də Bakıda keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...