İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı

İslamiada: Azərbaycan taekvondoçusu gümüş medal qazandı
İdman 32

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 46 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada mərakeşli Sahib Soukania ilə qarşılaşıb.

Rəqibinə 1:22 hesabı ilə uduzan Əkbərova gümüş medalla kifayətlənib.

Bu gün mübarizəyə qoşulan digər taekvondoçular - Taleh Süleymanov (80 kq) və Milad Beiqi Harçeqani (87 kq) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, daha əvvəl Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) isə bürünc medala sahib çıxıblar.

Son xəbərlər