“Sivasspor”la qarşılaşacaq “Qarabağ”a xoş sürpriz - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə “Sivasspor”la qarşılaşacaq “Qarabağ” oyundan öncə xoş sürprizlə qarşılaşıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı hotelə gəlib.
Qonaqları “Qarabağ”ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar.
Onlara xatirə olaraq “Qarabağ” forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və “Qarabağ”ı Sivasda görməkdən qürur duyduğunu bildirib.
Qeyd edək ki, bu gün “Yeni Sivas 4 Eylül” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Qalereya
Oxşar xəbərlər
"Sivasspor" "Qarabağ"la matçdan öncə Azərbaycana dəstək oldu
"Sivasspor" klubu Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı matçdan əvvəl Azərbaycana dəstək olub. BAKU.WS report-a istinadən xəbər verir...