"Şamaxı"nın legioneri Sumqayıtda irqçiliyə məruz qalıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda eyniadlı komanda ilə "Şamaxı" arasında Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra insident baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisəyə topdaşıyanların qonaq komandanın futbolçusu Sadio Tounkaraya qarşı irqçi hərəkət etməsi səbəb olub.
Onlardan biri yanındakı şəxsə malili yarımmüdafiəçini göstərərək, "Qaranın ayaqqabısına bax" deyə müraciət edib. Bunu təhqir kimi qəbul edən 30 yaşlı oyunçu uşaqların üzərinə getmək istəyib. Bu zaman "gənclik şəhəri" təmsilçisinin qapıçısı Tərlan Əhmədli məsələyə qarışaraq, Tounkara ilə mübahisə edib. Komanda yoldaşları hər iki futbolçunu sakitləşdiriblər.
Qeyd edək ki, oyun "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...