Şahruddin debüt oyununda iki qol buraxdı - VİDEO
25
sen
2023
08:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubunda debüt edib.
29 yaşlı qolkiper “Kasımpaşa”ya qarşı oyunun 19-cu dəqiqəsində meydana daxil olub. Belə ki, qapıçı Ertaç Özbirə qırmızı vərəqə göstərildiyi üçün Məhəmmədəliyev meydana çıxıb.
Qarşılaşma “Kasımpaşa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Adana Demirspor”dan hər iki qolu Ş.Məhəmmədəliyev buraxıb.
Oxşar xəbərlər
“Qarabağ”ın baş direktorundan Şahruddinlə bağlı AÇIQLAMA: “Keçidinə icazə verdik” - YENİLƏNİB
“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıç...