Şabrandakı yanğına görə bir neçə fərdi tikili zərər görüb
Yeniliklərdən dərhal xəbərdar olun
Şabrandakı yanğına görə bir neçə fərdi tikili zərər görüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
İlkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub.
Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.
Oxşar xəbərlər
Bakıda “Formula-1” marşalları üçün keçirilən təlimdən GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Bakı şəhərində keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi yarışlarına hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Marşal Klubu...