Şevçenko Rusiyanı dəstəkləyən ölkələrin olimpiadadan kənarlaşdırılmasını istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyev "Dinamo"sunun sabiq hücumçusu, hazırda isə Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko Rusiyanı dəstəkləyən bütün ölkələrin Olimpiya Oyunlarında iştirakının dayandırılmalı olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsveçin "Dagens Nyheter" nəşri yazıb.
"Rusiyanın tərəfində dayanan bütün ölkələr bu münaqişə davam etdiyi müddətdə Olimpiya Oyunlarından kənarlaşdırılmalıdır. Biz eyni vaxtda bütün istiqamətlərdən təzyiq göstərməliyik",-deyə Şevçenko əlavə edib.
Qeyd edək ki, dekabrın 11-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusdan olan idmançıların yeniyetmələr arasında keçirilən yarışlarda iştirakına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib. 2026-cı ilin qış Olimpiya Oyunları İtaliyada keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...