Səudiyyə Ərəbistanında keçirilən İslamiadanın açılış mərasimi bu gün baş tutacaq
07
noy
2025
09:49
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu gün baş tutacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
Oxşar xəbərlər
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Azərbaycan güləşçisi Ali Tsokayev (92 kq) Serbiyada təşkil olunan U-23 Avropa çempionatının qalibi olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, A.Tsokayev...