Serxio Ramos Kriştianu Ronaldunu Meksika klubuna dəvət edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Monterrey" klublararası dünya çempionatı öncəsi portuqaliyalı hücumçu Kriştianu Ronaldunu transfer etməkdə maraqlıdır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şira bildirib.
Mənbənin məlumatına görə, Ronaldunun "Real Madrid"dəki keçmiş komanda yoldaşı, Meksika klubunun müdafiəçisi Serxio Ramos 40 yaşlı futbolçunu komandaya cəlb etməyə çalışır.
Klublararası dünya çempionatı 15 iyun - 13 iyul tarixlərində keçiriləcək. "Monterrey" E qrupunda "İnter", "River Pleyt" və "Urawa Red Diamonds" klubları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...