Serdar Aziz futbolçu karyerasını başa vurmaq qərarına gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
"Fənərbağça" klubunun futbolçusu Serdar Aziz mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
Oxu.Az "SporX"- ə istinadən xəbər verir ki, təcrübəli futbolçu transfer təklifləri gəlmədiyindən və "Fənərbağça"da əsas heyətə düşə bilmədiyindən karyerasını bitirəcək.
34 yaşlı müdafiəçi karyerası ərzində "Bursaspor" forması ilə 171, "Fənərbağça" forması ilə 135, "Qalatasaray" forması ilə isə 51 oyunda meydana çıxıb.
Ümumilikdə 357 dəfə forma geyinmək şansı olan Serdar Aziz 27 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray" və "Bursaspor"la Türkiyə Superliqasının qalibi olan futbolçu bir dəfə Türkiyə Kubokunun, bir dəfə isə Türkiyə Superkubokunun qalibi olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...