Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar - FOTO

Sərbəst güləşçilərimiz Zaqreb Opendə daha üç medal qazanıblar - FOTO
Foto
İdman 134

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

BAKU.WS xəbər verir ki, turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar.

Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.

Son xəbərlər