Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub

Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
İdman 39

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

BAKU.WS xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin ardınca sərbəst güləş üzrə yığmamız da Avropa zirvəsini fəth edib.

3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır

Sərsəng su anbarında "Prezident Kuboku 2026" beynəlxalq reqatası başlayır

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq r...

13 İdman 09:20 27 aprel 2026

Son xəbərlər