"Sabah" yeni baş məşqçisini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"da yeni baş məşqçi təyinatı gerçəkləşib.
BAKU.WS xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
Gənc mütəxəssis daha öncə Niderlandın "Vitess" (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), "Krasnodar" (2021-2022), həmçinin Çinin "Şanxay Şenxua" (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın "Torpedo-ZİL" və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...