"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri məlum olub
Azərbaycan çempionu kimi ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah" klubunun 1-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.
BAKU.WS-in məlumatına görə, turnirin ilkin mərhələsində 28 komanda mübarizə aparacaq və "Sabah" səpələnməmişlər səbətində yer alacaq.
Bu səbətdə olan təmsilçimizin 14 səpələnmiş komandadan biri ilə qarşılaşma ehtimalı var. Artıq həmin siyahıda yer alan 13 klubun adı açıqlanıb:
-"Şemrok Rovers" (İrlandiya)
-KUPS (Finlandiya)
-"Drita" (Kosovo)
-"Linkoln Red İmps" (Cəbəllütariq)
-"Borats" (Bosniya və Herseqovina)
-"Vikinqur" (İslandiya)
-"Kayrat" (Qazaxıstan)
-"Universitatya Krayova" (Rumıniya)
-"Riqa" (Latviya)
-"Klaksvik" (Farer adaları)
-"Flora" (Estoniya)
-"Larn" (Şimali İrlandiya)
-"Petrokub" (Moldova)
Qeyd edək ki, püşkatma mərasimi iyunun 16-da keçiriləcək. İlk oyunlar iyulun 7–8-də, cavab görüşləri isə iyulun 14–15-də baş tutacaq.
Oxşar xəbərlər
"Beşiktaş" Sərgən Yalçınla yollarını ayırır
Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Sərgən Yalçınla yollarını ayırmaq qərarı verib. BAKU.WS xəbər verir ki, klub prezidenti Serdal Adalı ilə keçirilən görüşd...