"Sabah"ın "Barselona" ilə oynayacağı matçın stadionu bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan çempionu "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi oyunların stadionu müəyyənləşib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Sabah" turnirin liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.
Masazır təmsilçisi Bakıda İspaniyanın "Barselona", Almaniyanın "Borussiya Dortmund", Çexiyanın "Slaviya Praqa" və İtaliyanın "Napoli" komandalarını qəbul edəcək.
"Sabah"ın ev oyunlarının təqvimi belədir:
13 oktyabr, 20:45. Bakı Olimpiya Stadionu. "Sabah" (Azərbaycan) - "Slaviya Praqa" (Çexiya)
20 oktyabr, 20:45. Bakı Olimpiya Stadionu. "Sabah" (Azərbaycan) - "Borussiya Dortmund" (Almaniya)
25 noyabr, 21:45. Bakı Olimpiya Stadionu. "Sabah" (Azərbaycan) - "Barselona" (İspaniya)
20 yanvar 2027-ci il, 21:45. Bakı Olimpiya Stadionu. "Sabah" (Azərbaycan) - "Napoli" (İtaliya)
Xatırladaq ki, Azərbaycan çempionu Çempionlar Liqasının liqa mərhələsində ümumilikdə səkkiz oyun keçirəcək. "Sabah" səfərdə "Mançester Yunayted", "Vilyarreal", "Vikinq" və "Arsenal"la qarşılaşacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 700 tamaşaçı tutumuna malikdir. Stadion 2015-ci ildə fəaliyyətə başlayıb və Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı arena hesab olunur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...