"Sabah" Azərbaycan Kubokunda 50-ci qolu "Qarabağ"a vurub
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" Azərbaycan Kubokunda 50-ci qolunu vurub.
BAKU.WS Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.
"Qarabağ"la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib.
"Sabah"ın orta məhsuldarlığı 1.89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda üç dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...