"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub
05
may
2026
21:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.
BAKU.WS xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.
Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.
Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.
Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...