Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalist Emanuel Roşu "X" sosial şəbəkəsində məlumat yayıb.
"Faciəvi xəbər. Mirça Luçesku 15 dəqiqə əvvəl vəfat edib", - o yazıb.
Xatırladaq ki, Luçesku martın 29-da da təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, son məşqdən əvvəl keçirilən texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.
M.Luçeskunun səhhətindəki problemlər 2025-ci ilin sonunda kəskinləşməyə başlayıb. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.
Zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...