Rövnəq Abdullayev milli komanda ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
BAKU.WS xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yığmanın heyəti ilə görüşüb.
AFFA prezidenti milliyə turnirdə keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Canni De Byazi: "Azərbaycan millisinin güclü futbolçuları var"
"Hamını salamlayıram. Çox sakitəm. 3 il futboldan kənarda qalsam da, işə başlayanda hər şeyimi verirəm". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirlər...