Ronaldonun boykotuna cavab gəldi: Heç bir şəxs...
Səudiyyə Ərəbistanı futbol çempionatının təşkilatçıları "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun matçları boykot etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Liqanın nümayəndəsi bildirib ki, Ronaldo "Əl-Nəsr"ə qoşulduğu gündən etibarən klubun layihəsində fəal iştirak edib və onun inkişafı ilə ambisiyalarının artmasında mühüm rol oynayıb.
"Kriştiano gəldiyi gündən etibarən "Əl-Nəsr"in layihəsinin bir hissəsidir və klubun böyüməsinə ciddi töhfə verib. Hər bir elit futbolçu kimi o da qalib gəlmək istəyir. Lakin nə qədər önəmli fiqur olursa-olsun, heç bir şəxs öz klubundan kənar məsələlər üzrə qərar verə bilməz", - deyə açıqlamada qeyd olunub.
Mətbuatda yer alan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) klubun idarə olunmasından narazıdır. Bildirilir ki, futbolçu fondun "Əl-Nəsr"ə digər nəzarətində olan klublarla, xüsusilə də "Əl-Hilal"la müqayisədə daha az diqqət və resurs ayırdığını düşünür.
Bu siyasətə etiraz əlaməti olaraq komandanın kapitanı fevralın 2-də keçirilən "Əl-Riyad"la oyunda meydana çıxmaqdan imtina edib. Bunun fonunda mətbuatda Ronaldunun klubdan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, Kriştiano Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçudur. O, rəsmi oyunlarda 900 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb. Portuqaliyalı ulduzun aktivində Çempionlar Liqasında beş qələbə, Avro-2016-da qızıl medal və UEFA Millətlər Liqasında iki çempionluq var.
Daha əvvəl Ronaldonun "Əl-Nəsr"in növbəti oyununu buraxacağı da açıqlanmışdı.
Oxşar xəbərlər
"Qarabağ" UEFA Çempionlar Liqasındakı növbəti oyunlar üçün iştirak ərizəsində dəyişiklik edib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib. BAKU.WS...