Ronaldonun arzusu reallaşdı - Yoxsul olarkən ona yardım edənlər tapıldı - FOTOLAR

Ronaldonun arzusu reallaşdı - Yoxsul olarkən ona yardım edənlər tapıldı - FOTOLAR
Foto
İdman 1476
“Yuventus”un ulduzu Kriştiano Ronaldo bi neçə gün öncə “Sabahin xeyir Britaniya” adlı verilişdə Pyers Morqana müsahibəsində uşaq vaxtı yoxsul olarkən ona hamburger yardımı edən 3 qadını haqqında danışmışdı.BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Ronaldo həmin hadisə belə xatırlamışdı:“11-12 yaşımda olarkən “Sportinq”in uşaq məktəbində oynayırdım. Maddi vəziyyətimiz çox pis idi. Komanda yoldaşımla birlikdə bəzən gecələr acırdıq və yaxınlıqdakı hamburgerçiyə gedib artıq qalan hamburgerləri soruşurduq. Oradakı 3 möhtəşəm qadın həmişə bizə kömək edərdi. Onlardan birinin adının Edna olduğunu xatırlayıram. Onları uzun müddətdir axtarıram. Həmin hamburger satılan yerə getdim, amma ora bağlanıb. Əgər bu reportaj onları tamağıma kömək edərsə, çox sevinərəm. Onları evimdə qonaq etmək istəyirəm”.Hələlik Edna adlı o qadın tapılmasa da, Paula Leka adlı qadın “Renascenca” adlı radio verilişə zəng edərək Ronaldonun haqqında danışdığı qadınlardan biri olduğunu deyib. Evli və iki uşaq anası olan Leka həmin vaxtları belə xatırlayıb:“Uşaqlar hamburger dükanına gəlirdi. Demək olar ki, hər gün gəlidilər. Onların içində ən unancaq olan deyəsən Ronaldo idi. İndi xatırlyanda gülümsəyirəm. Uşaqlarıma bu barəə çox danışmışam. Ronaldoya hamburger verdiyimə iannmırdılar. Həyat yoldaşım isə bunu bilirdi. Çünki hər axşam məni evə aparmağa gələndə bu hadisəyəşahidlik edirdi. Ronaldonun uzun illər sonra o günləri xatırlaması çox xoşdur. Bu, onun Uzun yıllar sonra o günleri hatırlaması çok hoş. Bu, onun təvazökarlığını göstərir. Əgər məni qonaq dəvət etmək istəyirsə, mütləq gələrəm”.Leka Edna ilə əlaqəsinin kəsildiyindən isə təəssüfləndiyini bildirib.

Oxşar xəbərlər

Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO

Ronaldo gözyaşlarını saxlaya bilmədi - VİDEO

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo “GMB” verilişində Pyers Morqana müsahibə verib.BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, o, ailə üzvlərindən, b...

1669 İdman 15:02 16 sentyabr 2019

Son xəbərlər