Ronaldodan meydanda qəribə HƏRƏKƏTLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Kriştiano Ronaldonun çıxış etdiyi "Al Nassr" komandası Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində Yaponiyanın "Kawasaki Frontale" klubuna 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Səudiyyə Ərəbistanında yerləşən Kral Abdullah İdman Şəhərciyində keçirilən oyunda qonaq komandanın qollarını 10-cu dəqiqədə Tatsuya Ito, 41-ci dəqiqədə Yuto Ozeki və 76-cı dəqiqədə Akihiro Ienega vurub. "Al Nassr" isə bu qollara yalnız 28-ci dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Ayman Yahya ilə cavab verə bilib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, matçdan sonra Kriştiano Ronaldonun davranışları diqqət çəkib. Ulduz futbolçu məğlubiyyətdən sonra özü ilə mübahisəyə başlayıb. Portuqaliyalı hücumçunun əl-qol hərəkətləri edərək özünü günahlandırması kameralara düşüb.
Qeyd edək ki, yapon təmsilçisi "Kawasaki Frontale" finala yüksələrək 3 mayda milli futbolçumuz Merih Demiralın formasını geyindiyi "Al Ahli" ilə qarşılaşacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...