Ronaldodan alqışalayiq hərəkət - Penalti qərarını ləğv etdirdi - VİDEO

Ronaldodan alqışalayiq hərəkət - Penalti qərarını ləğv etdirdi - VİDEO
Video
İdman 0

"Əl-Nəsr" - "Persepolis" matçında Kriştiano Ronaldo hakimə etiraz edərək rəqib qapısına təyin olunan penaltini ləğv etdirib.

BAKU.WS xəbər verir ki, ulduz futbolçunun bu hərəkəti böyük rəğbətlə qarşılanıb.

Belə ki, Asiya Çempionlar Liqasında İran komandası olan "Persepolis" ilə matçda, Ronaldo rəqibi ilə ikili mübarizədən sonra yerdə qalıb. Hakim “Əl-Nəsr”in lehinə penalti təyin edib. Portuqaliyalı ulduz hakimin yanına gedərək penaltini ləğv etməsini istəyib.

Ronaldonun bu hərəkətindən sonra mövqeyi araşdıran çinli hakim Ma Ninq qərarını ləğv edib. Ulduz futbolçunun bu hərəkəti isə bəyənilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər