Ronaldo Messini qonaq kimi qəbul edəcək?
Kriştiano Ronaldonun Messini qonaq edəcəyi iddiası internetdə maraqla qarşılanıb.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bir müddətdir YouTube kanalında videolar paylaşan Kriştiano Ronaldo tanınmış qonağı olacağını elan etdikdən sonra internetdə söz-söhbətlər sürətlə yayılıb. Çoxları bu qonağın Leonel Messi olacağını iddia edərək həyəcanla gözləyirlər.
O, YouTube kanalında adətən şəxsi fikirlərini və həyat təcrübələrini bölüşərkən Rio Ferdinand kimi tanınmış şəxsləri də dəvət edirdi. Ronaldonun "Çox xüsusi bir qonağım olacaq" açıqlamasından sonra Messi ilə bağlı iddialar sürətlə yayılsa da, bu sürpriz qonağın Messi deyil, məşhur YouTuber Mr. Beast olması da gözlənilir.
Oxşar xəbərlər
Məşhur idmançılar boşanmaq üçün ərizə verdilər
Serbiyalı keçmiş tennisçi, dünyanın bir nömrəsi olmuş Ana İvanoviç Almaniya yığması ilə 2014-cü ilin dünya çempionu olan Bastian Şvaynştaygerdən boşanma ərizəsi...