Ronaldo fantastik qolu ilə “El-Klassiko”nu kölgədə qoydu - VİDEO

Ronaldo fantastik qolu ilə “El-Klassiko”nu kölgədə qoydu - VİDEO
Video
İdman 3278

"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldo "Sampdoria" ilə oyuna damğa vurub.

BAKU.WS xəbər verir ki, komandasının qələbə qolunu vuran Ronaldo topu 2 metr 56 santimetr yüksəklikdən qapıya göndərib.

71 santimetr sıçrayan futbolçu Aleks Sandronun ötürməsini qola çevirə bilib.

İtaliya A seriyasının 17-ci həftəsində qələbə qazanan "Yuventus" xallarının sayını 42-yə çatdırıb.

Qeyd edək ki, ötən gün İspaniya çempionatının iki əzəli rəqibi “Barselona” və “Real Madrid” klubları qarşılaşıb.

17 ildən sonra ilk dəfə 2 klub da qol vura bilmədən meydannı tərk edib. Ronaldonun möhtəşəm qolu “El-Klassiko”nu kölgədə qoyub. Dünya mətbuatı Ronaldonun qoluna daha çox yer ayırıb.

Son xəbərlər