Ronaldo dayanmaq bilmir - Yeni rekord

Portuqaliyanın ulduz futbolçusu Kriştianu Ronaldo bir daha futbol tarixində adını qızıl hərflərlə yazdırıb. O, dünya çempionatının seçmə mərhələsində ən çox qol vuran oyunçu tituluna sahib çıxıb.
BAKU.W xəbər verir ki, Portuqaliya millisinin kapitanı Macarıstana qarşı keçirilən ev oyununda möhtəşəm performans nümayiş etdirib.
Ulduz hücumçu 22-ci və 45+3-cü dəqiqələrdə vurduğu qollarla hesabı dəyişib və seçmə mərhələlərdəki ümumi qol sayını 41-ə yüksəldib.
Bununla da Ronaldu uzun illərdir kimsənin təkrarlaya bilmədiyi göstəricini yeniləyib. O, 2017-ci ildə karyerasını başa vuran Qvatemala yığmasının hücumçusu Karlos Ruisi (39 qol) geridə qoyaraq, yeni rekorda imza atıb.
Bu nailiyyət, 39 yaşlı superulduzun hələ də yüksək səviyyədə çıxış etdiyini və futbol tarixində ən məhsuldar oyunçulardan biri olduğunu bir daha sübut edir. Ronaldu hazırda həm beynəlxalq arenada, həm də klub səviyyəsində qollarını artırmaqda davam edir.
Oxşar xəbərlər
Messi futbol tarixində daha bir rekorda imza atıb
Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messi futbol tarixində daha bir uğura imza atıb. BAKU.WS xəbər verir ki, yaydığı məlumata əsasən, 38 yaşlı ulduz...
