"Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın "Roma" klubu Belçika millisinin yarımmüdafiəçisi Diequ Moreyraya maraq göstərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi müqavilə ilə "Strasburq"a (Fransa) məxsus olan 21 yaşlı futbolçu üçün 30 milyon avro təklif edib.
Oyunçunun mövcud müqaviləsinin müddəti 2029-cu ilədək nəzərdə tutulub.
"Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 25 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Diequ Moreyra 2025/2026 mövsümündə bütün turnirlərdə 42 matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, DÇ-2026-da, Seneqala qarşı 1/16 final matçında (əlavə vaxtda 3:2) 57 dəqiqə çıxış edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...