"Rokki"nin ulduzu ABŞ vətəndaşı oldu - FOTO

Rokkinin ulduzu ABŞ vətəndaşı oldu - FOTO
Foto
İdman 3

"Rokki" filmindəki "İvan Draqo" obrazı ilə yadda qalan 66 yaşlı aktyor Dolf Lundqren 27 yaşlı həyat yoldaşı Emma Krokdal ilə birlikdə ABŞ vətəndaşı olub.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Dolf Lundqren "Mən 40 ildir ki, bu ölkədə yaşayıram. Artıq vaxtı gəlmişdi", - deyib.

Qeyd edək ki, Lundqren İsveçdə anadan olub, Krokdal isə əslən Norveçdəndir.

Cütlük 2019-cu ildə tanış olub və ötən yay Yunanıstanın Mikonos şəhərindəki kiçik bir mərasimlə evləniblər.

Lundqrenin ilk baş rolu 1985-ci ildə "Rokki IV" filmində "İvan Draqo" rolu olub.

Aktyor yeni "Axtarılan adam" ("Wanted Man") filmində həyat yoldaşı ilə birlikdə rejissorluq edib və baş rolda çəkilib.

Onların hər ikisi də filmin prodüseridir.

"Daha bir layihəmiz var. Komediya üzərində işləyirik" - Lundqren açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər