Rimas Kurtinaytis: "Çətin mövsümü arxada qoyduq, çempionluğumuza çox sevinirik"
"Sabah" basketbol klubu çətin mövsümü arxada qoyaraq uğur qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssiz Azərbaycan Basketbol Liqasında "Abşeron Lions"a qarşı keçirilən final seriyasının üçüncü oyunundan sonra çempionliq təəssüratlarını bölüşüb:
"Abşeron Lions" komandasının da haqqını vermək lazımdır. Onlar sona qədər mübarizə apardılar. Baxmayaraq ki, heyətlərində zədəli oyunçular var idi. Çətin mövsümü arxada qoyduq, bugünkü uğurumuza çox sevinirik. Çempionlar Liqasında iştirak etmək hüququ qazanmışıq, növbəti oyunlarımız necə olacaq, bunu zaman göstərəcək".
Qeyd edək ki, final seriyasının hər üç oyununda qələbə qazanan (98:93, 112:84, 108:95) "Sabah" 2025/2026 mövsümünün çempionu olub.
Oxşar xəbərlər
Konor Makqreqor UFC-yə qayıdır: Holloueylə revanş döyüşü keçiriləcək
Keçmiş UFC çempionu Konor Makqreqor uzun fasilədən sonra yenidən oktaqona çıxmağa hazırlaşır. İrlandiyalı döyüşçü "UFC 329" turniri çərçivəsində amerikalı Maks...