İrəvanda qızıl medal qazanan daha bir türk qələbəsini Azərbaycana həsr etdi - VİDEO

İrəvanda qızıl medal qazanan daha bir türk qələbəsini Azərbaycana həsr etdi - VİDEO
Video
İdman 225

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.

BAKU.WS xəbər verir ki, qadınların mübarizəsində 64 kq çəki dərəcəsində mübarizə aparan Nuray Güngör birdən qaldırmada 99 kq-da qızıl, təkanla qaldırmada 120 kq-da bürünc, ümumilikdə isə 219 kq-da qızıl medal qazanıb.

Təltifetmə mərasimindən sonra “TRT Spor Yıldız” telekanalına açıqlama verən Güngör qələbəsini atasına və çempionatı bayraq qalmaqalına görə tərk etmiş Azərbaycan idmançılarına həsr etdiyini bildirib:

“Azərbaycanlı qardaşlarımız üzülməsinlər, onlar yoxdursa, biz varıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər