Reqekampf: "Qələbəni qeyd edib, sabah növbəti mərhələyə hazırlaşmaq lazımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hər iki komandanı təbrik edirəm. Gözəl oyun oldu. Öz futbolçularımı xüsusilə təbrik edirəm. Layiqli qələbə qazandıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması olan "Neftçi" - "Aris" oyunundan sonra 3:0 hesabı ilə qalib gələn Bakı klubunun baş məşqçisi Laurentsiu Reqekampf deyib.
46 yaşlı məşqçi bildirib ki, sabahdan etibarən növbəti mərhələyə hazırlaşmaq lazımdır: "Bu gün qələbəni günün sonunadək qeyd etmək lazımdır. Sabahdan digər oyuna hazırlaşmaq lazımdır. Növbəti rəqibimiz "Rapid" olacaq. Azarkeşləri xüsusi vurğulamalıyam. Onlar bu gün bizə inanılmaz dəstək oldular".
Rumıniyalı məşqçi vurğulayıb ki, bugünkü heyət heç də "Aris"ə hesablanmış "11-lik" olmayıb: "Futbolçular növbəti oyunda da canlarını qoymalıdırlar. İlk oyundan sonra keçirilən mətbuat konfransında da demişdim ki, biz hələ oyuna tam hazır deyilik. Mbodj üçün cinahda oynamaq yenidir. Ancaq o, çox güclü oyunçudur. Bu gün o, mükəmməl oyun nümayiş etdirdi".
O bildirib ki, ancaq bugünkü oyundan razı qalıb: "Bizim oyunçular üzərində böyük təzyiq vardı. Çünki Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəlində yaxşı oyun nümayiş etdirməmişdik. Ancaq deyə bilərəm ki, komandam bu gün göstərdiyi oyundan daha yaxşısına qadirdir".
Reqekampf "növbəti mərhələ üçün yeni transfer ola bilərmi" sualına belə cavab verib: "Düşünürəm ki, heyətimiz komplektləşib və yeni transferə ehtiyac yoxdur".
O, oyundan sonra keçirilən insident barədə bunu bildirib: "Gərgin matç idi. Bu da hamıya təsir etmişdi. Bizim tərcüməçi də gəncdir, çılğındır. O da özünü necə aparmağı öyrənəcək. Ona heç bir pul cəriməsi tətbiq etməyəcəyik".
"Neftçi"nin baş məşqçisi Azər Əliyevin də gələcəkdə oynamaq üçün şansının olacağını bildirib.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi: "Məqsəd "Aris"lə oyuna tam hazır olmaqdır"
"Hazırlıq dönəmimizin ilk yoxlama matçı idi. Futbolçular üçün asan deyildi. Burada çoxlu məşq edirik". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Neftçi"...