Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" klubunun yeni baş məşqçisi açıqlanıb
17
sen
2024
22:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
BAKU.WS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kenan Koçak çalışdıracaq.
Yerli mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.
O, daha əvvəl Türkiyə millisində köməkçi məşqçi funksiyasını yerinə yetirib. 43 yaşlı çalışdırıcı bu postda Cihat Arslanı əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü"ndə çıxış edən Renat Dadaşov cari mövsüm I Liqada 1 qol vurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...