"Real"ın qapıçısı yeni müqaviləyə razılıq verib
13
may
2024
18:42
"Real Madrid"in ukraynalı qapıçısı Andrey Lunin İspaniya klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Relevo" nəşri yazır.
Mənbənin sözlərinə görə, tərəflər hələ mart ayında prinsipial razılığa gəliblər, lakin qapıçı və "Real Madrid" hələlik yekun detalları müzakirə etməyiblər.
Ukraynalının ispan klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
"Transfermarkt" portalı Luninin bazar dəyərini 16 milyon avro olaraq qiymətləndirir.
Oxşar xəbərlər
"Real Madrid" "Trabzonspor"un qapıçısını almaq istəyir
"Real Madrid" Tibo Kurtuanı əvəz edə biləcək qapıçı axtarır. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Andrey Luninin müqaviləsi ilə bağlı vəziyyəti nəzə...