"Real Madrid"in futbolçusu 6 həftə yaşıl meydanlardan uzaq qalacaq
Madridin "Real" klubunun müdafiəçisi Raul Asensio yeni mövsümün ilk həftələrini buraxacaq.
BAKU.WS xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 23 yaşlı futbolçu sağ budun düz əzələsindən zədə alıb. İlkin tibbi qiymətləndirməyə əsasən, Asensionun bərpa prosesi təxminən altı həftə davam edəcək.
Xatırladaq ki, daha əvvəl gənc müdafiəçi ilə İngiltərənin "Arsenal", Fransanın "Marsel" və Portuqaliyanın "Benfika" klublarının maraqlandığı barədə xəbərlər yayılmışdı.
Raul Asensio ötən mövsüm bütün turnirlərdə 34 oyunda forma geyinib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Madrid"lə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
Oxşar xəbərlər
Renat Dadaşov klubsuz qaldı
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yığmanın...