"Real Madrid" 25 milyon avroya "Liverpul"un ulduzunu almaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid" rəhbərliyi qış transfer pəncərəsində "Liverpul"un sağ cinah müdafiəçisi Trent Alexander-Arnoldu transfer etmək istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Los Blankos futbolçunun təcili transferi üçün mersisaydlılara 25 milyon avro təklif edir.
Qeyd olunur ki, Madrid təmsilçisi "Liverpool" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq olan futbolçunu almaqda tələsir.
Xatırladaq ki, bu mövsüm 26 yaşlı müdafiəçi "qırmızılar"ın heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...