"Real" baş məşqçisini istefaya göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Real Madrid" futbol klubu Superkubokda "Barselona"ya məğlubiyyətdən sonra baş məşqçi Xabi Alonsonun vəzifəsindən azad edildiyini elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında komandanın baş məşqçisi vəzifəsində onun fəaliyyətinin başa çatdırılması barədə qərar qəbul edib", – deyə rəsmi açıqlamada bildirilib.
Məlumata görə, "Real"ın yeni baş məşqçisi 42 yaşlı Alvaro Arbeloa təyin olunub. Bu, Arbeloa üçün böyüklər futbolunda ilk baş məşqçilik təcrübəsi olacaq. O, daha əvvəl klubun sistemində gənclər komandaları ilə çalışıb. Futbolçu kimi isə Arbeloa 12 il "Real Madrid"in formasını geyinib, 238 oyunda meydana çıxıb və iki Çempionlar Liqası kuboku da daxil olmaqla səkkiz titul qazanıb.
Qeyd edək ki, Madrid təmsilçisi İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...