"Real" azarkeşlərini qəzəbləndirən olay - "Mbappe Arda Güləri məhv etdi"

Real azarkeşlərini qəzəbləndirən olay - Mbappe Arda Güləri məhv etdi
İdman 547

Ötən gecə "Real Madrid"in heyətində "Xetafe"yə qarşı keçirilən oyunda çıxışı ilə diqqət çəkən Arda Gülər sosial mediada böyük marağa səbəb olub. Lakin Kilian Mbappenin Arda Gülərin ötürmələrini dəyərləndirməməsi azarkeşləri qəzəbləndirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardanın 95,7 faiz ötürmə dəqiqliyi ilə oyundakı uğuru Mbappenin qaçırdığı fürsətlərin kölgəsində qalıb. Azarkeşlər Mbappeyə "Arda Gülərin ötürmələrini məhv etdi" şərhini yazıblar.

Belə ki, Arda ikinci hissədə Cud Bellinqhemi əvəzləyərək oyuna daxil olub. İkinci hissədə oyuna daxil olan Gülər ​​95,7% ötürmə dəqiqliyi ilə yaxşı oyun keçirib. Lakin Mbappe onun real qol epizodları yaradan dəqiq ötürmələrini dəyərləndirə bilməyib.

Xatırladaq ki, "Real Madrid" dünən gecə öz meydanında "Xetafe" ilə qarşılaşıb. Qarşılaşmada Karlo Ançelottinin yetirmələri 2:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Xankəndi stadionu yenidən belə qurulur

Xankəndi stadionu yenidən belə qurulur

Xankəndi şəhər stadionunun əsaslı təmir işləri davam edir. BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Stadionda işlərin bu ay başa...

99 İdman 09:09 08 sentyabr 2025

Son xəbərlər