İranlı qapıçının posterləri küçələrə asıldı - FOTO

Tehranda kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudaiyə dəstək verilib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, gender müzakirələri ilə gündəmə gələn Z.Xudaiyə dəstək üçün paytaxt Tehrandakı meydanlara onun posterləri asılıb.
“Qəhrəman idmançımız” və “İranın qüruru” şüarları yazılmış posterlər Tehran əhalisi və sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.
Xatırladaq ki, Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb. Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.
Qalereya
Oxşar xəbərlər
Kişi olduğu iddia edilən qapıçı İordaniya şahzadəsini məhkəməyə verib - VİDEO
Kişi olduğu iddia edilən İranın qadınlardan ibarət milli komandasının qapıçısı Zöhrə Xudayi yeni açıqlama verib. BAKU.WS-in məlumatına görə, iranlı idmançı ona...
