İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"
Yeniliklərdən dərhal xəbərdar olun
"Şuşada keçirilən şahmat yarışında iştirak etdiyim üçün çox şadam, dəvətə görə təşkilatçılara minnətdaram".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu "Shusha Chess 2022" turnirində kişilərin mübarizəsində ikinci yeri tutan İran təmsilçisi Parham Maqsudlu deyib.
22 yaşlı qrossmeyster çox güclü yarış izlədiklərini bildirib: "Nəticələrimdən, ikinci yeri tutmağımdan razıyam. Unutmayaq ki, Şəhriyar Məmmədyarov kimi güclü şahmatçı qalib oldu. Bu səbəbdən ikinci olmağı yaxşı nəticə hesab edirəm. Ümid edirəm ki, yenidən bu turnirdə iştirak etmək imkanım olacaq".
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib
"Shusha Chess 2022" turnirində qalib olan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qələbəsini şəhidlərə həsr edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...